İtaliya ilə Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb
Roma, 19 yanvar, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella bu ölkədə rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, siyasi və iqtisadi əlaqələrə dair müzakirələr aparılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib. Ciorcia Meloni İtaliya-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, ölkəsinin əlaqələrin inkişafına sadiqliyini ifadə edib. Görüş çərçivəsində ikitərəfli sənədlər imzalanıb.
Kasım-Jomart Tokayevin bu gün Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşü nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma