İtaliya ilə Yunanıstanın dəniz yurisdiksiyalarını məhdudlaşdıran saziş qüvvəyə minir
Roma, 11 noyabr, AZƏRTAC
İtaliya və Yunanıstanın dəniz sularında yurisdiksiyalarını məhdudlaşdıran saziş qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio və Yunanıstanın xarici işlər naziri Nikos Dendias iki ölkə arasında dəniz yurisdiksiyalarının məhdudlaşdırılması haqqında sazişə dair sənədləri bir-birinə təqdim ediblər.
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyindən bildirilib ki, bu, sazişin beynəlxalq səviyyədə qüvvəyə minməsini təsdiqləyən addım hesab oluna bilər.
Xatırladaq ki, nazirlər 2020-ci il iyunun 11-də iki ölkə arasında dəniz yurisdiksiyalarının məhdudlaşdırılmasına dair saziş imzalayıblar. Saziş hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]