İtaliyada avtobus qəzası: 15 yaralı
Roma, 15 oktyabr, AZƏRTAC
İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində avtobus qəzası nəticəsində 15 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, “La Linea” şirkətinə məxsus elektrik mühərrikli avtobus yüksək sürətlə bir binanın sütununa çarpılıb. İlkin məlumata əsasən, sürücü sükan arxasında özünü pis hiss edib və idarəetməni itirib. Yüngül xəsarət alan yaralılardan bəziləri xəstəxanaya çatdırılıb.
Venesiya şəhərində nəqliyyat marşrutlarını idarə edən “Avm” şirkəti oktyabrın 16-dan etibarən “La Linea” şirkətinin bütün avtobuslarının fəaliyyətinin dayandırılacağını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 3-də Mestredə turistləri daşıyan “La Linea” şirkətinə məxsus sərnişin avtobusunun dəmir yolu xətti üzərindəki yerüstü keçiddə aşması nəticəsində 21 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]