İtaliyada “DeepSeek” tətbiqinə giriş bloklanıb
Roma, 31 yanvar, AZƏRTAC
İtaliyada Çinin “DeepSeek” süni intellekt tətbiqinə giriş bloklanıb.
AZƏRTAC xəbər verir ki, bu addım İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatının “DeepSeek” çatbot xidməti ilə bağlı apardığı araşdırma çərçivəsində atılıb.
Bildirilir ki, məqsəd italiyalı istifadəçilərin fərdi məlumatlarının qorunmasıdır. Tətbiqi təqdim edən şirkətlərdən şəxsi məlumatların toplandığı mənbələrlə bağlı təqdim olunan məlumatın tamamilə qeyri-adekvat olduğu aşkarlanıb. Hazırda “DeepSeek” ilə bağlı ətraflı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, İtaliya təşkilatı milyonlarla insanın məlumatlarının risk altında ola biləciyini əsas gətirərək yanvarın 29-da “DeepSeek”lə bağlı araşdırmaya başlamışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]