İtaliyada dövlət və özəl sektorda çalışanlar ümumi tətil ediblər
Roma, 16 dekabr, AZƏRTAC
İtaliyada iki böyük həmkarlar ittifaqının çağırışı ilə işçilər ümumi tətil ediblər.
AZƏRTAC xəbər verir ki, etiraz aksiyası hökumətin 2022-ci il büdcə planına qarşı keçirilib. Belə ki, dövlət və özəl sektorda çalışanlar 8 saatlıq tətil ediblər.
Paytaxt Roma ilə yanaşı, Milan, Bari, Palermo və Kalyari şəhərlərində də mitinqlər keçirilib.
Həmkarlar ittifaqları hazırlanmış büdcənin və nəzərdə tutulan iqtisadi siyasətin yetərli olmadığını iddia edərək büdcədə yoxsul insanlara daha çox yardımın ayrılmasını tələb ediblər.
Tətillə əlaqədar ölkə daxilində gün ərzində bir çox sahədə xidmətlərdə, xüsusən də nəqliyyatda fasilələr yaranıb. Bəzi hava yolu şirkətləri İtaliya şəhərlərinə olan aviareysləri təxirə salıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [14:38]
Qazaxıstanda ilk AES inşa ediləcək
- 03.09.2026 [14:32]
Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib
- 03.09.2026 [13:02]
BMT emissiyaları təcili azaltmağa çağırıb
- 03.09.2026 [12:43]
ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib
- 03.09.2026 [11:41]