İtaliyada neft emalı zavodunda güclü partlayış olub
Bakı, 17 sentyabr, AZƏRTAC
İtaliyanın şimal-şərqindəki Sannadzaro-de-Burqondi bölgəsində ENI şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış olub. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, müəssisədən bir neçə kilometr uzaqda da yüksək tüstü dumanı müşahidə olunub.
Yerli meriyanın məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. ENI şirkəti bəyan edib ki, vəziyyət tam nəzarət altındadır və mütəxəssislər tərəfindən ətrafda atmosferin tərkibi ilə bağlı tədqiqat da aparılır.
Müvafiq orqanlar tərəfindən neft emalı zavodunda baş vermiş yanğının səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]