İtaliyada quraqlıq böhranı ilə mübarizə məqsədilə yol xəritəsi hazırlanıb
Roma, 2 mart, AZƏRTAC
İtaliyada davam edən quraqlıq və su çatışmazlığı ilə mübarizə tədbirlərinin müəyyən olunması məqsədilə Baş naziri Ciorcia Meloninin sədrliyi ilə Nazirlər Şurasının fövqəladə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda quraqlıq böhranı ilə mübarizə üçün nəzarət mexanizminin yaradılması barədə qərar qəbul edilib. Həmçinin bu məqsədlə atılacaq addımlarla bağlı 4 bəndlik yol xəritəsi hazırlanıb. Quraqlıq problemi ilə mübarizə tədbirlərinin prioritetləşdirilməsi, regionlar və müvafiq yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla Milli su idarəetmə Planı tərtib ediləcək.
Qeyd edək ki, hazırda Alp dağlarında qar örtüyünün hündürlüyü son 10 ilin orta göstəricisindən 53 faiz aşağıdır. Ölkənin ən böyük çayı və əsas su mənbəyi olan Po çayında suyun səviyyəsi cari ildə son 10 ildəki orta göstərici ilə müqayisədə 61 faiz aşağı olub.
Ötən ilin yaz-yay aylarında yağıntının az olması səbəbindən İtaliyada 70 ilin ən şiddətli quraqlığı yaşanıb. Keçən il kənd təsərrüfatı sektorunda isə ən azı 6 milyard avroluq itki qeydə alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]