İtaliyanın dörd böyük dövlət şirkətinin rəhbərliyinə yeni təyinatlar olub
Roma, 13 aprel, AZƏRTAC
İtaliyanın dörd böyük dövlət şirkətinə yeni rəhbərlər təyin edilib.
AZƏRTAC xəbər verir ki, hökumət “Eni”, “Enel”, “Leonardo” və “Poste Italiane” şirkətlərinin rəhbərliyinə yeni təyinatlarla bağlı qərar qəbul edib. Belə ki, Klaudio Deskalzi “Eni” neft-qaz şirkətinin baş direktoru, Cüzeppe Zafarana isə şirkətin prezidenti təyin edilib. Flavio Kattaneo “Enel” enerji şirkətinin baş icraçı direktoru, Paolo Skaroni şirkətin prezidenti olub. Sabiq ekoloji transformasiya naziri Roberto Cinqolani “Leonardo” konserninin yeni baş direktoru, Stefano Pontecorvo konsernin prezidenti vəzifəsini icra edəcək. “Poste Italiane” şirkətinin icraçı direktoru Matteo Del Fante, prezident isə Silvia Rovere olub.
İtaliyanın Baş naziri Ciorcia Meloni yeni təyinatları hökumətin komanda işinin yaxşı nəticəsi kimi qiymətləndirib, həmin şirkətlərin bütün dünyada təmsil etdikləri millətin maraqlarına uyğun möhkəm və davamlı iqtisadi nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]