İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.