Azərbaycan Dövlət İnformasiya Agentliyi

IV Qlobal Forum rəsmi hissədən sonra işini davam etdirib VİDEO

Bakı, 10 mart, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Forum rəsmi hissədən sonra işini “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiya ilə davam etdirib.

Sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger belə mötəbər tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin “Biz mövcud problemləri həll etməsək, gələcəkdə daha böyük çətinliklərlə qarşılaşacağıq” sözlərini xatırladan C.Bolger sessiyada bir neçə vacib məsələyə, xüsusən də qaçqınlarla bağlı problemlərə toxunulacağını diqqətə çatdırdı, son illərdə get-gedə daha çox insanın qaçqına çevrildiyini qeyd etdi.

Tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç bir neçə il əvvəl ölkəsinin ciddi böhranlarla qarşı-qarşıya qaldığını vurğuladı. Qeyd etdi ki, artıq bu böhranlar arxada qalıb və ölkəmiz dinamik inkişaf etsə də, həmin ağır dövrdən dərs çıxarmağa çalışırıq. O, münaqişələrin həllində tərəflərin bir-birini qarşılıqlı anlamalarının və kompromislərin əhəmiyyətini qeyd etdi. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını qeyd edən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışdı.

Albaniyanın Prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi. O, müasir dünyada yaşanan problemlərin bu Forumda müzakirə edilməsini yüksək qiymətləndirdi. Albaniyanın İkinci Dünya müharibəsindən sonrakı tarixinə nəzər salan B.Nişani bildirdi ki, təhlükəsizliyin pozulması təkcə bizim region üçün təhdid deyil. Bu, bütün cəmiyyətlər və ölkələr üçün ciddi təhlükədir. NATO-nun üzvü olan Albaniya məhz sivilizasiyanı, sivil inkişafı, sülhü və azadlığı qorumaq üçün beynəlxalq terrorizmə qarşı antiterror əməliyyatlarında fəal iştirak edir.

Regionda yaşanan problemlərdən danışan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili beynəlxalq layihələrin iştirakçısına çevrilən ölkəsinin Avropaya sürətlə inteqrasiya etdiyini, “Şərq Tərəfdaşlığı” Proqramında fəal olduğunu bildirdi. O, regionda sabitliyin bərpası üçün Gürcüstanın bütün qonşularla fəal əməkdaşlıq etdiyini, bölgədə mühüm strateji əhəmiyyətə malik ortaq layihələrin icra olunduğunu dedi. G.Marqvelaşvili Gürcüstanın xüsusilə Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söylədi. Gürcüstan Prezidenti dedi: “Biz çalışırıq ki, regionun çiçəklənməsinə, sülhün təmin olunmasına töhfə verək. Ona görə biz elə həll yolu təklif etmək istəyirik ki, regionda bütün tərəflərin maraqlarına cavab versin”.

Monteneqronun Prezidenti Filip Vuyanoviç bu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirərək Forumun qlobal əhəmiyyətli çağırışlarla çıxış etdiyini diqqətə çatdırdı. Ölkələrin inkişaf səviyyəsinin qeyri-bərabər olmasının miqrasiya proseslərinə mühüm təsir etdiyini vurğulayan F.Vuyanoviç dedi ki, Minilliyin İnkişaf Məqsədlərində də əksini tapan yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının yaradılması, iqlim dəyişikliyi və s. hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Həmin dəyərlərə sadiq qalan Monteneqro da bu prosesdə səylərini əsirgəmir. O, beynəlxalq sülhün və əməkdaşlığın inkişafında etnik və dini tolerantlığın mühüm rol oynadığını bildirdi.

Makedoniya Prezidenti George İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymalarının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq problemlərin həlli üçün dövlətlər öz aralarında düzgün əlaqələndirməni təmin etməlidirlər. XXI əsrin ən müasir texnologiyalarından istifadə edən beynəlxalq terrorçu qruplaşmalarla mübarizədə beynəlxalq təşkilatlar hələ də passiv mövqe nümayiş etdirir, müəyyən bəyannamə və qərarların qəbulu ilə bu problemlərlə mübarizə aparmağa çalışırlar. Bu da həmin terrorçu qruplaşmaların öz fəaliyyətlərini daha da genişləndirmələrinə şərait yaradır.

Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland beynəlxalq problemlərin həllində, xüsusən iqlim dəyişikliyi ilə əlaqədar artıq daha çox ölkənin öz səslərini ucaltdıqlarını, bu prosesə fəal şəkildə qoşulduqlarını vurğuladı. Hamı anlayır ki, bu problemi səylərin birləşdirilməsi nəticəsində həll etmək mümkündür. Bütün problemlərin həlli yollarının və imkanlarının olduğunu bildirən sabiq Baş nazir bu baxımdan dünyanın aparıcı dövlətlərinin üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd etdi.

İsrailin sabiq Baş naziri Ehud Barak çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizmə toxundu. İsrail-Fələstin münaqişəsinin həlli üçün liderlərin daha ciddi səy göstərmələrinin vacibliyini qeyd edən sabiq Baş nazir bu prosesin başa çatdırılması üçün güclü siyasi iradənin ortaya qoyulmasının əhəmiyyətini xüsusi vurğuladı.

Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq Prezidenti Tarya Halonen bu prosesdə QHT-lərin də dövlətlər qədər mühüm rol oynadığını və həmin təsisatların səylərini artırmalı olduqlarını qeyd etdi. Sabiq Prezident dedi ki, biz dayanıqlı inkişafı təmin etmək üçün, xüsusən biznesi təşviq etməli, ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirməliyik. Çıxışının sonunda Forumun əhəmiyyətini yüksək qiymətləndirən T.Halonen bu mötəbər tədbirdə gənclərin də fikirlərinə yer verilməsini problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını bildirdi.

IV Qlobal Forum rəsmi hissədən sonra işini davam etdirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib