Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İxrac ilinə” mühüm töhfə

“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

Şahbuz, 22 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muхtаr rеspublikаda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, məşğulluq təmin edilir və əhаlinin rifаhı yüksəldilir. Son illər muxtar respublikada 77 mindən artıq yeni iş yeri açılıb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir, yeni müəssisələrin yaradılması və iqtisadi resurslardan səmərəli istifadə diqqətdə saxlanılır. “Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Müəssisədə istehsal ediləcək mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılacaqdır. Tapdıq Əliyev muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qаyğıyа və yaradılan şəraitə görə minnətdаrlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sovetlər Birliyi dövründə Azərbaycanın brendi hesab olunan təbii sərvətimiz - Badamlı mineral suyunun yeni zavodda istehsalına başlanılması münasibətilə kollektivi təbrik edərək deyib: “Badamlı” mineral suyu 1947-ci ildən istehsal olunur. İlkin vaxtlar istehsal sadə formada aparılmış və mövcud su ehtiyatından tam istifadə olunmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində Badamlı mineral suyunun da istehsal həcmi artmış, yeni zavod qurulmuş və məhsulun 90 faizi ittifaq ölkələrinə göndərilmişdir. Qısa müddətdə Badamlı mineral suyuna böyük tələbat və rəğbət yaranmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri digər sahələr kimi, Badamlı suyunun istehsalına da ciddi ziyan vurmuş, zavodun fəaliyyəti dayandırılmışdı.

Ali Məclis Sədri deyib: Badamlı mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılmışdır. Həmin il Badamlı qəsəbəsindən Naxçıvan şəhərinə qədər su xətti çəkilmiş və yeni zavod istifadəyə verilmişdir. Xarici bazarda Badamlı suyuna tələbatın artması yeni zavodun tikilməsini zəruri etmişdir. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Bütün bunlar əsas götürülərək iqtisadi dəyərləndirmə aparılmış və Badamlı qəsəbəsində yeni zavod tikilmişdir. Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdu. Bu gün istifadəyə verilən yeni zavodda isə su ehtiyatından 100 faiz istifadə olunacaqdır. Müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır. Vaxtilə burada yalnız bir çeşiddə qazlı su istehsal olunurdusa, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal ediləcəkdir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına mühüm töhfədir. Zavodda 72 nəfər işlə təmin edilmişdir. Fəaliyyətin səmərəli qurulması gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərimizdən də səmərəli istifadəyə imkan verəcəkdir.

Ali Məclis Sədri deyib: İqtisadiyyat Nazirliyi aid qurumlarla birlikdə muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadəni təmin etməli, yeni müəssisələr fəaliyyətə başlamalı, daxili tələbat ödənilməli və ixracyönümlü məhsul istehsal olunmalıdır. Çünki təbii sərvətlərdən səmərəli istifadə inkişaf deməkdir. Bu gün muxtar respublikada əsas tikinti materiallarına, mineral və içməli suya olan tələbat yerli istehsal hesabına ödənilir. 2009-cu ildən etibarən Badamlı mineral suyu 5 ölkəyə ixrac olunur. Lakin yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına və digər istehsal sahələrin yaranmasına da imkan verəcəkdir. Zavodda Fransanın “Sidel” şirkətinin ən müasir avadanlıqları quraşdırılmışdır. Bir sözlə, “Badamlı” Mineral Sular Zavodu muxtar respublikanın sərvətidir. Ona görə də kollektiv qurulan avadanlıqlardan və yaradılan şəraitdən səmərəli istifadə etməli, işçilərin təminatı və mütəxəssislərlə işə diqqət artırılmalıdır.

Ali Məclisin Sədri zavodun qurulmasında əməyi və təşəbbüsü olanlara təşəkkürünü bildirib.

Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, "Badamlı” mineral su yatağı Badamlı qəsəbəsinin cənub qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir. Sahəsi 42,5 min kvadratmetr olan zavodun yaradılmasına daxili imkanları hesabına 20 milyon 960 min manat vəsait sərf olunub. Zavodun 2 mərtəbədən ibarət inzibati binasında 14 iş otağı, server və növbətçi otaqları, iclas zalı, mətbəx, yeməkxana və digər xidməti otaqlar yerləşir.

Ali Məclisin Sədri zavodu işə salıb. Bildirilib ki, zavodda istehsal, filtirasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya vardır. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılıb, Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırııb. İqtisadiyyat Nazirliyi tərəfindən yeni sudoldurma xətlərinin idxalına 2 halda İnvestisiya Təşviqi Sənədi verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 14 çeşiddə qazlı və qazsız mineral su istehsal olunacaqdır. Laboratoriyada suyun tərkibini və minerallığını öyrənməyə imkan verən ən müasir avadanlıqlar qurulub.

Tədbirdə "Badamlı" mineral suyunun istehsal tarixindən bəhs edən film nümayiş olunub.

Ali Məclisin Sədri kollektivlə görüşüb.

Zavodda işlə təmin olunan Tural Əlizadə deyib: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Şahbuz rayonunun hər bir kəndində, eləcə də Badamlı qəsəbəsində geniş quruculuq işləri aparılıb, məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, yollarımız yenidən qurulub. Yeni zavodun tikintisi isə iş yerlərinin açılması, onlarla ailənin güzəranının yaxşılaşması deməkdir. Bütün bunlar Ali Məclis Sədrinin sakinlərin rifahının yaxşılaşdırılmasına göstərdiyi qayğının bariz nümunəsidir. Mən də “Badamlı” Mineral Sular Zavodunda işlə təmin olunmuşam. Muxtar respublikada əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləyir, kollektivimiz adından minnətdarlığımızı bildiririk”.

Ali Məclisin Sədri “Badamlı” Mineral Sular Zavodunun muxtar respublikanın inkişafındakı əhəmiyyətini vurğulayaraq deyib: Yeni zavod yeni iş yerlərinin yaradılması, iş yerlərinin yaradılması isə ailələrin rahat yaşayışının təmin olunması deməkdir. Ona görə də kollektiv qurulan avadanlıqları qorumalı, suyun keyfiyyətli istehsal olunmasına və zavodun səmərəli fəaliyyətinə çalışmalı, mütəxəssis kimi formalaşmalıdırlar. Zavodun imkanları artdıqca, işçilərin yaşayış şəraiti də yaxşılaşacaq, əməkhaqqı artacaqdır. Kollektivin əməyi Naxçıvana, ölkəmizə şöhrət gətirəcəkdir. Vaxtilə zavodun fəaliyyəti dayananda burada işləyənlər də işsiz qalmışdılar. Lakin yeni zavod həm təbii sərvətimizdən səmərəli istifadəyə, həm də yeni iş yerlərinin açılmasına töhfədir.

Zavodda 16 yük maşını, 1 avtobus və 2 xidməti avtomobil vardır. İşçilər nahar yeməyi və xüsusi geyim formaları ilə təmin olunurlar. Ərazi abadlaşdırılıb, həyətdə tutumu 700 ton olan xam su hovuzu tikilib, video-nəzarət sistemi və transformatorlar quraşdırılıb.

Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma işlərinin davam etdirilməsi, keyfiyyətə önəm verilməsi, istehsal və laboratoriya sənədlərinin zavodun internet saytında yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik