İYUL AYINDA BƏZİ BÖLGƏLƏRDƏ BOL YAĞINTI GÖZLƏNİLİR
İyul ayında temperatur əsasən iqlim normalarına uyğun, ayın ikinci yarısında isə bəzi günlərdə normadan artıq olacaqdır.
Yağıntının səviyyəsi norma çərçivəsində olacaq, lakin bəzi günlərdə leysan yağacaq, bir sıra bölgələrdə yağıntının səviyyəsinin normadan artıq olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur -25-27 dərəcə isti ( gecə -21-24 dərəcə, gündüz -29-34 dərəcə, bəzi günlərdə isə 39 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (2-3 mm), yarımadanın bəzi yerlərində normadan artıq olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur müsbət 24-27 dərəcə (gecə 21-24 dərəcə, gündüz 31-36 dərəcə, bəzi günlərdə 40 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (6-16 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur müsbət 17-19 dərəcə (gecə 12-16 dərəcə, gündüz 21-26 dərəcə, ayrı-ayrı günlərdə 30 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (36-73 mm), bəzi yerlərdə isə normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur müsbət 24-26 dərəcə (gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, bəzi günlərdə 38 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (10-32 mm), bəzi yerlərdə isə normadan artıq olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 21-24 dərəcə (gecə 15-20 dərəcə isti, gündüz -24-29 dərəcə, bəzi günlərdə 34 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (9-118 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət 25-28 dərəcə (gecə -20-24 dərəcə, gündüz 30-35 dərəcə, bəzi günlərdə 40 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (4-24 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur müsbət 23-26 dərəcə (gecə 18-23, gündüz 28-33 dərəcə, bəzi günlərdə 37 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (7-33 mm), bəzi yerlərdə isə normadan artıq olacaqdır.