İzmirdə terror hazırlığında şübhəli bilinən iki nəfər saxlanılıb
İstanbul, 22 mart, AZƏRTAC
Türkiyənin İzmir şəhərində terror hazırlığında şübhəli bilinən iki nəfər həbs edilib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, MLKP adlı təşkilatın üzvü olan terrorçulardan 3 kiloqram ağırlığında, partlatmağa hazır vəziyyətdə olan iki əldəqayırma bomba və iki tapança ələ keçirilib. Tapançalar içərisi kəsilmiş iki kitabın arasına yerləşdirilmiş vəziyyətdə olub.
Bildirilir ki, həbs olunanlar bomba düzəltməyi Suriya ərazisindəki terrorçu düşərgələrində öyrəniblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]