JAK ROQQE: BİZ YARANMIŞ ÇƏTİNLİKLƏRİ DƏF EDƏ BİLƏRİK
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe milli olimpiya komitələrinin rəhbələrinə tövsiyə etmişdir ki, idmançıları Pekin Olimpiadasının yüksək səviyyədə təşkil olunacağına inandırsınlar. BOK-un prezidenti təşkilatın İcraiyyə Komitəsinin Pekində keçirilən iclasında demişdir: “Siz onları sakitləşdirməli və inandırmalısınız ki, Olimpiada, ilk növbədə, bütün dünyaya nümunə ola biləcək idmançılar üçün keçiriləcəkdir. Olimpiya hərəkatına inamı saxlamaq lazımdır. Biz yaranmış çətinlikləri dəf edə bilərik”.
O, bir daha təsdiq etmişdir ki, BOK Olimpiya məşəli estafetinin dayandırılması, yaxud ona dəyişikliklər edilməsi imkanlarını nəzərdən keçirmir. Onun sözlərinə görə, hazırda BOK Pekin Təşkilat Komitəsi ilə estafetin keçirilməsini yaxşılaşdırmaq imkanlarını müzakirə edir, lakin söhbət estafetin dayandırılmasından, yaxud məhdudlaşdırılmasından getmir.
J.Roqqe Olimpiadanın boykot edilməsinin mümkünlüyü haqqında bəzi siyasətçilərin bəyanatlarına toxunaraq demişdir ki, onların müstəqil qərarlar qəbul etmək hüququ vardır və komitə buna qarışa bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]