Jan-Lük Melanşon Fransa prezidentliyinə namizədliyini rəsmən elan edib
Paris, 5 may, AZƏRTAC
“Əyilməz Fransa” (LFİ) hərəkatının lideri Jan-Lük Melanşon 2027-ci il prezident seçkilərində namizədliyini rəsmi olaraq elan edib.
AZƏRTAC xəbər verir ki, TF1 telekanalının xəbər proqramında Melanşon öz ətrafında birliyi qorumaq strategiyasını müdafiə edərək deyib: “Bizdə hər şey aydındır. Bir komanda, bir proqram, yalnız bir namizəd var”. Özünü “ən yaxşı və ən hazırlıqlı” adlandıran lider, erkən kampaniyaya başlama səbəbini daxili və beynəlxalq vəziyyətin ciddiliyi ilə izah edib.
“Təlaş yaratmaq istəmirəm, amma real olmaq lazımdır. Biz dünyanın çox gərgin bir dövrünə qədəm qoyuruq. Biz ümumi müharibə təhlükəsi ilə üz-üzəyik, dramatik iqlim dəyişiklikləri bizi təhdid edir. Bundan başqa, iqtisadi və sosial böhran yaxınlaşır”, - deyə o xəbərdarlıq edib.
Melanşon daxili siyasətə də toxunaraq, partiyalarda daxili bölünmələri məsuliyyətsiz adlandırıb və bunların seçkiöncəsi siyasi çaşqınlıq yaratdığını bildirib. Beynəlxalq məsələlərdən danışanda isə Yaxın Şərqdəki vəziyyətə görə ABŞ və İsraili tənqid edib və İspaniya ilə ortaq cəbhə yaratmağa çağırıb.
Əsas rəqibi kimi Milli Birlik partiyasını işarə edən Melanşon deyib: “Bu, əsas rəqibdir... Məncə, biz onları tam məğlub edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]