Kaliforniyada qar fırtınası yüz minlərlə evi işıqsız qoyub
Bakı, 27 fevral, AZƏRTAC
ABŞ-nin Kaliforniya ştatında nadir rast gəlinən qış fırtınası elektrik enerjisinin kütləvi kəsilməsinə, daşqınlara, avtomobil yollarının bağlanmasına səbəb olub.
AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, bir neçə gün davam edən güclü küləklər Los-Anceles rayonunda yaşayan 120 min insanın elektrik təminatının kəsilməsi ilə nəticələnib. Ştatın qərb sahilində əsas avtomobil magistralı dağlıq hissədə bağlanıb.
Sakramento sakinlərinə əlverişsiz hava şəraiti ilə bağlı bazar günündən çərşənbəyə qədər səfərlərdən imtina etmək tövsiyə olunub. Fırtına nəticəsində ölənlər və yaralananlar barədə məlumat verilmir.
Bu, Kaliforniya tarixində ən güclü fırtınalardan biridir. Meteoroloqların proqnozuna görə, ABŞ-ın qərbinə daha çox yağıntı gətirəcək yeni qar fırtınası gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]