Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir YENİLƏNİB

Bakı, 20 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC

Aprelin 20-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov UNESCO tərəfindən elan olunmuş 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününün hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini, bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Bildirilib ki, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusundakı builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.

Kamran İmanov vurğulayıb ki, ölkəmizdə həyat sürətlə dəyişir, Azərbaycan yeniləşir və qüdrətlənir. Bu uğurların təməlində innovativ, yeniliklərlə və islahatlarla zəngin, insanlara xidmət edən dövlət siyasəti durur. Ulu öndər Heydər Əliyevin uzaqgörən, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və sərvətinə çevrilib. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, onların üzərində qələbəsini tanıyır. Bu qələbəni Azərbaycanın nüfuzunun artmasında, dövlətimizin başçısı İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində, xalqımızın Prezidentə olan dərin ehtiram və sevgisində görürük. Bu münasibəti “Əsl hakimiyyət yalnız insanlara xidmət etməklə əldə olunur” kəlamı ilə ifadə etmək mümkündür.

Diqqətə çatdırılıb ki, xalqımız bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşır. Ötən il Respublika Gününü qeyd edərkən Prezident İlham Əliyev çıxışında deyib: “...Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi... Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır... Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alındı. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi!”

Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri deyib ki, Xalq Cümhuriyyətinin süqutunda kommunist libası geyinmiş erməni millətçilərin - daşnakların əlinin olduğu heç kəsə sirr deyil. Məhz kifayət qədər güclü olmadığımız və erməni-daşnakların ərazi iddialarına son qoyacaqları barədə vədlərinə inandığımız üçün bir sıra ərazilərimiz o zaman ermənilərə verildi. Dövlətimizin başçısının dediyi kimi, “…1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir”. Bu gün Azərbaycan Prezidenti qüdrətimizə və iradəmizə əsaslanaraq bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır…”.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlərin əsasında haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur: “...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq... Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...”.

Tədbirdə Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi dinlənilib.

MHA-nın İdarə Heyətinin sədri bildirib ki, bugünkü konfransın adı heç də təsadüfi seçilməyib. Ötən il “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri” mövzusunda konfrans keçirilib. Builki konfrans da onun davamıdır və hay-ermənilərin “Armeniya” adlanan əraziyə aid çoxlu sayda uydurmaları və bu ərazinin həqiqi sakinləri haqqında mövzuya həsr olunur. Bu məsələyə dair müxtəlif yanaşmaları birləşdirən bir danılmaz fakt vardır ki, o da “Armeniya” haqqındakı yanaşmaların bugünkü hay-ermənilərə heç bir aidiyyətinin olmamasıdır.

Qeyd etmək lazımdır ki, hay-erməni tarixşünaslığı haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimi mənimsəyərək, Türkmənçay müqaviləsinin (1828-ci il) bağlanmasından sonra “Şərqi və Qərbi Ermənistan”ın, hətta uydurma “böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başlayıb. Ermənilərin tirajladığı “Şərqi Ermənistan” bizim tarixi torpaqlarımız - İrəvan xanlığının ərazisi və sonradan hay-ermənilərin könlünü almaq üçün Azərbaycandan qoparılıb Ermənistana verilmiş Zəngəzur qəzası və 1922-ci ildə Göyçə (Şərur-Dərələyəz) torpaqlarıdır, torpaqsız Sovet Ermənistanı məhz bu cür Azərbaycan əraziləri hesabına yaradılıb. Sonradan sovet tarix elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliyinə dair yalan və uydurmaları tirajlamağa başlayıb və hazırda bu fəaliyyət daha geniş miqyas alıb.

Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılaraq mənimsənilib, hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut edən” saxta dəlillər uydurulub.

Kamran İmanov deyib ki, “böyük Ermənistan”ın xəyali siyasi sərhədlərini ictimai rəyə yeritməyə çalışanlardan biri - Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, şərqşünas-türkoloq Ruben Safrastyan bu yaxınlarda bəyanatla çıxış edərək “Türkiyə hakimiyyəti Naxçıvanın hesabına ölkələrinin ərazisini genişləndirməyə ümid edir” fikrini ortaya atıb. Bəs bu təxribat xarakterli, yalan və riyakarlıqla dolu məlumat hansı səbəbdən irəli sürülür? Məsələ ondadır ki, Naxçıvan torpaqlarına göz dikən və Naxçıvanla bağlı xəyallarla yaşayan hay-ermənilər Naxçıvanın Azərbaycandan alınmasını çox istəyirlər, özlərinin onu qoparmağa gücləri çatmadığından bunu başqalarının əlləri ilə etməyə çalışırlar. Məsələ bundadır ki, Türkiyə Naxçıvanın statusunu dəyişərsə, 1921-ci il Moskva və Qars sülh müqavilələri pozulmuş sayıla və onların ləğvi üçün hüquqi zəmin yarana bilər. Belə olduqda erməniçilik Naxçıvana qarşı öz ekspansiya iddialarına legitimlik qazandırma imkanı əldə edə bilər.

Ərazi iddiaları ilə yanaşı, ermənilər tərəfindən əqli mülkiyyətimizin oğurlanmasının “Azərbaycan mədəni ənənələrini özününküləşdirmək erməni ənənəsinə” çevrilməsi üsulları artıq çoxdan sirr deyil. Rəvayətlərimizi mənimsəmək, bayatılarımızı oğurlamaq, dastanlarımızı özününküləşdirmək üçün türk adlarının və coğrafi adların erməniləşdirilməsi, atalar sözləri və məsəllərimizin erməniləşdirilməsi üçün erməni dilinə, sonra isə digər dillərə tərcümə edilməsi, musiqimizi haylaşdırmaq üçün not şəklinə çevirib nəşr etmək, mətbəximizi, xalçalarımızı özününküləşdirmək ermənilərin gündəlik işinə çevrilib.

Hazırda milli sənət incilərimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində 2008-ci ildən başlayaraq bu günədək Qeyri-Maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın 11 elementi daxil edilib: musiqi alətlərimiz, xalçamız və aşıq sənətimiz, mətbəximizə aid elementlər və s. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, UNESCO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir.

Bununla belə, erməni tərəfi bu gün də UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir. Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq. Bugünkü tədbirin bir məqsədi də bundan ibarətdir.

Kamran İmanov diqqətə çatdırıb ki, konfransda qədim mətnlərə, klassik mənbələrə və tanınmış dünya alimlərinin fikirlərinə əsaslanan təqdimatlarda “Armeniya” termininin toponimik, etnonimik və linqvistik mənşəyi haqqında məlumat veriləcək, onun mənimsənilməsi və XX əsrdən başlayaraq “Hayastan” sözünün sinonimi kimi işlənməsi, “Şərqi Armeniya” və “Qərbi Armeniya” adlandırılan torpaqların hay-ermənilərə aid olmaması, hay-erməni əlifbasının Aran mənşəyi, hayların etnik xüsusiyyətləri, turanlı sülalələrin erməni sülalələri kimi qələmə verilməsi, Azərbaycana aid kitabələrin erməni mətnləri kimi oxunması cəhdləri, ermənilərin Urartu və Armina dövlətlərinin tarix və mədəniyyətinə iddiaları və s. məsələlər geniş işıqlandırılacaq, bu mövzulara dair hay-erməni mifologiyasının qonşu xalqların ərazilərini qəsb etməyə və onların mədəni irsinin mənimsənilməsinə yönəldildiyi barədə danışılacaq və ermənilərin bu iddiaları tarixi faktlar və mənbələr əsasında ifşa ediləcək, Azərbaycan həqiqətləri bir daha göstəriləcək.

MHA İdarə Heyətinin sədri konfransın işinə uğurlar arzulayıb, bu mövzuda tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanın yenidən növbəti tarixi günlərini yaşadığını, ölkəmizdə prezident seçkilərinin uğurla başa çatdığını söyləyib. O bildirib ki, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev ümumxalq səsverməsi ilə növbəti dəfə dövlət başçısı seçilib. Bu, Azərbaycan dövlətinin, müstəqilliyimizin, xalqımızın qələbəsidir.

Fəttah Heydərov işğal olunmuş torpaqlarımızda mədəni irsimizin məhv edilməsindən, onların ermənilər tərəfindən özününküləşdirilməsindən danışıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, tarix boyu əbədi və əzəli torpaqlarımızda məskunlaşan ermənilər heç vaxt bədnam niyyətlərindən əl çəkməyib, bu gün də öz çirkin siyasətlərini davam etdirirlər. Milli Məclisin deputatı ermənilərin iç üzlərinin açılmasında, onların bəd əməllərinin ifşa olunmasında və əqli mülkiyyətimizin qorunmasında dövlətimiz və Müəllif Hüquqları Agentliyi tərəfindən görülən işləri yüksək dəyərləndirib, konfransın mövzusunun xalqımız və dövlətimiz üçün hər zaman, xüsusilə müasir dövrdə aktual olduğunu söyləyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Müəllif Hüquqları Agentliyinin mütəmadi olaraq Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın malik olduğu dəyərlərlə bağlı mühüm işlər gördüyünü söyləyib. Bildirilib ki, erməni saxtakarlıqlarının açılmasında, onların yalan, əsassız olduğunun tarixi faktlarla beynəlxalq aləmə, ictimaiyyətə çatdırılmasında agentlik tərəfindən mühüm addımlar atılır, müxtəlif kitablar nəşr olunur, beynəlxalq konfranslar təşkil edilir.

Rektor diqqətə çatdırıb ki, mənfur qonşularımız tərəfindən hər zaman mədəniyyət abidələrimiz, memarlıq nümunələrimiz, milli mənəvi dəyərlərimiz saxtalaşdırılır, özününküləşdirilir və ya onlara yalandan müxtəlif əlavələr edilməklə etnik mənşəyi dəyişdirilir, mənimsənilir. Bədnam qonşularımız tərəfindən işğal olunmuş ərazilərimizdə memarlıq abidələrimiz dağıdılıb, məhv edilib və onların əksəriyyəti yer üzündən silinib. Agentlik tərəfindən erməni yalanlarının ifşa olunmasında mühüm işlərin görüldüyünü bildirən G.Məmmədova bu istiqamətdə müxtəlif sahələrdən alimlərin, tədqiqatçıların birgə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Elmira Axundova konfransın çox vacib, aktual mövzuya həsr olunduğunu söyləyib, erməni yalanlarının ifşa olunmasında, onların iç üzlərinin açılmasında böyük rol oynayan kitabların nəşr edildiyini, dəyərli tədqiqat işlərinin aparıldığını bildirib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin bütün kitablarında bu mövzudan ətraflı bəhs edən fəsil və bölmələr xüsusi yer tutur. Erməni tarixçilərinin hər zaman tarixi saxtalaşdırıb süni tarix yaratdıqlarını bildirən Elmira Axundova mənfur qonşularımıza qarşı müxtəlif ölkələrdən olan alimlərlə birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə sosial şəbəkələrdə bir sıra işlərin görülməsinin əhəmiyyətini qeyd edib. O, konfransın bu sahədə görülən işlərə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Konfransda MHA-nın eksperti Elşad Əlili “Armeniya” coğrafi adının etimologiyası haqqında”, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoy “Erməni əlifbasının Aran mənşəyi”, Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov “Hayların etnik xüsusiyyətləri”, BDU-nun dosenti Atamoğlan Məmmədli “Azərbaycana aid kitabların erməni mətnləri kimi oxunması cəhdləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev “Ermənilərin Urartu və Armina dövlətlərinin mirasına iddiaları”, professor Əjdər Tağıoğlu “Özlərini hay adlandıran və bizim “erməni dediyimiz” millətin etnoeponimi, etnotarixi və etnoyazısı olubmu?”, filologiya elmləri doktoru İslam Sadıq “Erməni təbliğatı və Azərbaycan həqiqətləri” mövzularında mərzələrlə çıxış ediblər.

Məruzələrdə erməni tarixçilərinin uydurmaları elmi faktlarla ifşa olunub, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO