Kanada əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı daha bir ay uzadıb
Bakı, 21 aprel, AZƏRTAC
Kanada xarici vətəndaşların ölkəyə girişinə qoyulan məhdudiyyətləri mayın 21-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanadanın İctimai Təhlükəsizlik naziri Bill Bler özünün “Twitter” səhifəsində yazıb.
“Ölkədə koronavirusun aktiv hallarının və variantlarının sayının artması narahatlıq doğurur. Kanadalıların təhlükəsizliyinin təmin olunması üçün lazım gələn hər şeyi edəcəyik. Əcnəbilərin Kanadaya girişinə qoyulan məhdudiyyətlər 2021-ci il mayın 21-nə qədər uzadılıb”, - deyə Bill Bler bildirib.
Hazırda Kanada ərazisində 87 min 872 aktiv koronavirus xəstəsi var. Pandemiyanın əvvəlindən bəri ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 23 min 713 nəfərə çatıb.
Xatırladaq ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, aprelin 20-dək dünyada 143 milyon 622 mindən çox yoluxma və 3 milyon 59 mindən çox ölüm faktı qeydə alınıb, 122 milyon nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 18 milyon 297 min nəfərdən 109 min 406-nın vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]