DÜNYA
Kanadanın Baş Naziri ölkə parlamentinin buraxıldığını elan edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Kanadanın Baş Naziri Castin Trüdo ölkə parlamentinin buraxıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bunu xalqa müraciətində bildirib. Onun müraciəti bütün federal telekanallarda canlı yayımlanıb.
“Bir neçə dəqiqə əvvəl Kanadanın general-qubernatoru parlamentin buraxılması barədə ərizəmi qəbul etdi. Kanadalılar seçki məntəqələrinə oktyabrın 21-də gələcəklər”,- Castin Trüdo xalqa müraciəti zamanı belə deyib.
Ənənəyə uyğun olaraq, hökumət başçısı bu gün səhər ölkənin general-qubernatoru Jüli Peyettin iqamətgahına gəlib və ondan milli parlamentin buraxılmasını xahiş edib. Həmin andan Kanada tarixində 43-cü seçkiqabağı kampaniya başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [13:56]
Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb
- 21.05.2024 [12:51]
Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq
- 21.05.2024 [12:46]
Alman iqtisadçılarının proqnozları bədbindir
- 21.05.2024 [12:27]
Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq
- 21.05.2024 [11:44]
Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb
- 21.05.2024 [11:09]