Kəlbəcərdə 2026-cı ilədək 3500 evin istismara verilməsi nəzərdə tutulur
Kəlbəcər, 7 sentyabr, E.Məmmədov, AZƏRTAC
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin Sərəncamına əsasən 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.
Bunu Kəlbəcərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
“Kəlbəcər rayonunda 2026-cı ilə qədər təxminən 2000 ədəd fərdi yaşayış evinin və 1500 ədəd mənzilin - ümumilikdə 3500 ədəd evin tikilərək istismara verilməsi nəzərdə tutulur. Kəlbəcər şəhərində tikiləcək evlərə ilkin mərhələdə 2024-cü ildə olmaqla, bütövlükdə 5000-dən artıq, kənd və qəsəbələrə isə 8000-ə yaxın, ümumilikdə 13000-ə yaxın insanın köçürülməsi planlaşdırılır”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [15:43]
İmişlidə bir neçə obyekt yanıb
- 23.06.2026 [15:09]
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
- 23.06.2026 [15:07]
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
- 23.06.2026 [14:52]
Bülbülün ev-muzeyi ilə tanışlıq
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Bülbülün ev-muzeyi ilə tanışlıq
- [14:52]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]