Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
Kiyev, 23 iyun, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində üç nəfər həlak olub, 10-dan çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının (ORMA) rəisi Aleksandr Qanja “Telegram”da yazıb.
O, raket zərbəsinin şəhərdəki sənaye infrastrukturuna dəydiyini bildirib.
Qanja yazıb: “Düşmən Krivoy Roqa raket zərbəsi endirib. Sənaye infrastrukturuna ziyan dəyib”.
Daha sonra Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul Rusiyanın raket zərbəsi nəticəsində üç nəfərin öldüyünü və 10-dan çox insanın yaralandığını bildirib. O qeyd edib: “Sənaye infrastrukturu obyektinə zərbə endirilib. Təəssüf ki, üç nəfər həlak olub. On nəfərdən çox insan yaralanıb. Yarlıların bəzilərinin vəziyyəti ağırdır, hamısı artıq xəstəxanalara aparılıb və əməliyyat olunur”.
Onun sözlərinə görə, müvafiq xidmətlər raket zərbəsinin nəticələrini aradan qaldırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:49]
Avropada isti hava dalğası: İspaniyada rekord temperaturlar qeydə alınır
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Bülbülün ev-muzeyi ilə tanışlıq
- [14:52]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]