Böyük Britaniyada rekord istilər gözlənilir
London, 23 iyun, AZƏRTAC
Böyük Britaniya rekord həddə çata biləcək isti hava dalğasına hazırlaşır.
AZƏRTAC xəbər verir ki, ölkənin meteorologiya xidməti olan “Met Office”in məlumatına görə, Avropanın qərbi üzərində formalaşan istilik qübbəsi səbəbindən həftənin ortalarında İngiltərə və Uelsin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksələ bilər.
Proqnozlara əsasən, yeni isti hava dalğası iyun ayı üzrə indiyədək qeydə alınmış temperatur rekordunu bir neçə dərəcə üstələyə bilər. Temperaturun, həmçinin Böyük Britaniyada indiyədək ölçülmüş ən yüksək göstərici olan 40,3 dərəcəyə yaxınlaşacağı istisna edilmir. Bu rekord 2022-ci ilin iyul ayında qeydə alınmışdı.
Sinoptiklər güclü istilərin ən azı cümə axşamınadək davam edəcəyini bildirirlər. London, Somerset və Birmingem istiqamətlərini əhatə edən ərazilər üçün ən yüksəksəviyyəli qırmızı hava xəbərdarlığı elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]