Almaniyanın Yaşıllar Partiyası Taliban nümayəndələrinin Brüsselə dəvət olunmasını tənqid edib
Berlin, 23 iyun, AZƏRTAC
Almaniyanın Yaşıllar Partiyası Avropa İttifaqının (Aİ) Taliban hakimiyyətinin nümayəndələri ilə təmaslara başlamasını kəskin tənqid edib.
AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla bildirir ki, Bundestaqın bu partiyadan olan bir qrup deputatı Aİ institutlarına ünvanladığı açıq məktubda Taliban nümayəndələrinin Avropaya dəvət edilməsini ciddi səhv kimi qiymətləndirib. Məktubu imzalayanlar arasında Yaşıllar Partiyasının həmsədri Fransiska Brantner və parlament fraksiyasının lideri Britta Hasselman da var.
Sənəddə qeyd olunub ki, Talibanın hakimiyyətə qayıdışından sonra Əfqanıstanda qadınların və qızların vəziyyəti kəskin pisləşib, siyasi repressiyalar daha da güclənib.
Məlumata görə, Belçika Taliban hərəkatının beş nümayəndəsinə viza verib. Bununla belə, həmin vizaların müddəti və istifadə ərazisi məhdudlaşdırılıb.
Avropa Komissiyası Taliban nümayəndələrini sığınacaq müraciətlərindən imtina olunmuş əfqanıstanlıların geri qaytarılması məsələsini nəzərdən keçirmək məqsədilə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
- 23.06.2026 [12:48]
ABŞ hərbi bazası Polşaya 3,2 milyard dollara başa gələcək
- 23.06.2026 [12:44]
Moskva vilayətində raket təhlükəsi elan edilib
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]