Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Bakı, 23 iyun, AZƏRTAC
Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Şura Məclisinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.