Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür. Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyata alına bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]