Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Kəngərli, 22 oktyabr, AZƏRTAC

Muxtar respublikada meliorasiya və irriqasiya sahəsində müasir infrastrukturun yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Mütərəqqi irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması əkin sahələrinin genişləndirilməsinə, torpaqlardan səmərəli istifadəyə və bol məhsul istehsalına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-də Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verəcəkdir. Tikinti işləri aparılarkən ərazinin relyefi nəzərə alınıb, suyun itkisiz çatdırılması və öz axını ilə paylanması təmin edilib. Su mənbəyi kimi Araz çayından qidalanan nasos stansiyası götürülüb. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilib. Su xətlərinin üzərində 25 siyirtmə, 103 hidrant və 20 suboşaldıcı qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu bildirərək deyib: Naxçıvan Muxtar Respublikası aqrar-sənaye regionudur. Ona görə də hər iki sahənin inkişafı, xüsusilə tələbata uyğun xammal və keyfiyyətli məhsul istehsalı qarşıda duran əsas vəzifədir. Bunun üçün, ilk növbədə kənd təsərrüfatı rentabelli inkişaf etdirilməlidir. Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin görülməsi, məhsuldar toxum sortlarından istifadə, mütərəqqi suvarma və əkin metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, məhsuldarlıq artırılır.

Ali Məclisin Sədri deyib: Əkinəyararlı torpaqlardan səmərəli istifadə və şoranlaşmanın qarşısının alınması vacib məsələdir. Qapalı suvarma şəbəkələrinin qurulması, şırım üsulu ilə əkinə üstünlük verilməsi, torpaqlarda meliorativ tədbirlərin görülməsi və aqrotexniki qaydalara əməl edilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Əvvəllər muxtar respublikada taxılın ümumi məhsuldarlığı hər hektarda 18-20 sentner idi. Lakin mütərəqqi əkin və suvarma metodlarının tətbiqi nəticəsində taxıl sahələrində məhsuldarlıq hər hektarda 30-35 sentnerə çatdırılmışdır. Vaxtilə muxtar respublikada 25 min ton taxıl istehsal olunurdusa, bu il muxtar respublikada 100 min tondan çox taxıl, 3 min tondan artıq qarğıdalı və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Ali Məclisin Sədri deyib: Mütərəqqi suvarma metodlarının tətbiqi əkinçiliyin inkişafı ilə yanaşı, muxtar respublika ərazisində yaşıllıqların sahəsinin artırılmasına da səbəb olmuşdur. Muxtar respublika sakinləri bu işdə yaxından iştirak etmiş, yeni yaşıllıq zolaqları və meyvə bağları salınmışdır. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin sakinləri zəhmətkeş insanlardır. Kənd sakinlərinin iştirakı ilə son illər geniş yaşıllıq zolaqları salınmış, səliqə-sahman yaradılmışdır.

Ali Məclisin Sədri yaşıllıqların və meyvə bağlarının salınmasında Böyükdüz kənd sakini, sağlamlıq imkanları məhdud Hümbət Həsənovun zəhmətini xüsusi qeyd edib, Kəngərli rayonunda qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri və torpaq mülkiyyətçilərini təbrik edib, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Xok kənd sakini Davud Abbasov torpaq mülkiyyətçiləri adından minnətdarlıq edərək deyib: Torpaq bərəkət, bolluq rəmzidir. Dədəmiz Qorqud deyirdi ki, “Torpağı əkib-becərmədin, qorumağa dəyməz. Torpağı qoruya bilmədin, əkib-becərməyə dəyməz”. Min illərdir ki, torpaqlarımız qorunub bizə çatdırılıb. Müstəqilliyin bəhrələrindən biri də odur ki, hər kəs öz torpağının sahibidir. Bu gün torpaqdan gəlir götürmək, əkib-becərmək üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də Xok və Böyükdüz kəndlərində torpaqdan səmərəli istifadəyə geniş imkanlar açacaqdır. Hər bir kənd sakini yaradılan şəraitdən səmərəli istifadə edəcək, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyənləşdirilən vəzifələri uğurla yerinə yetirəcək, əkin sahələrini genişləndirərək bol məhsul istehsal edəcəklər.

Ali Məclisin Sədri idarəetmə düyməsini basaraq qapalı suvarma şəbəkəsini istifadəyə verib.

Muxtar respublikada taxıl əkini aparılır

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verərək deyib ki, 2017-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 31 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Bu günə qədər muxtar respublikada 17 min hektar sahədə şum, 7 min hektar sahədə isə əkin aparılıb. Böyükdüz kəndi ərazisindəki taxıl sahəsi 410 hektardır. Bu günədək 260 hektarda taxıl əkini aparılıb. Əkin zamanı yüksək reproduksiyalı, muxtar respublikanın torpaq iqlim şəraitinə uyğunlaşmış məhsuldar toxum sortlarından istifadə olunur. Tələb olunan toxum torpaq mülkiyyətçilərinin öz təsərrüfatları və toxumçuluq təsərrüfatları tərəfindən təmin olunur. Bu ilin payızında Şahbuz, Culfa və Ordubad rayonlarının dağlıq ərazilərində dəmyə taxıl əkininə də üstünlük verilir.

Payızlıq şum və əkin aparılması üçün texnikalar da saz vəziyyətə gətirilib, “Naxçıvan Aqrolizinq” ASC-yə məxsus 6, fiziki şəxslərdə olan 18 taxılsəpənə şırımaçan qoşulub. Texnikanın gücündən səmərəli istifadə olunması səpin işlərinin optimal müddətdə başa çatdırılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işinin aparılması, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi, taxılçılıqda dəmyə əkinçiliyinə üstünlük verilməsi, vegetasiya dövründə aqrotexniki qaydalara düzgün əməl edilməsi və payızlıq taxıl əkininin vaxtında başa çatdırılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib