KEYRƏKİ VULKANI YENİDƏN OYANMIŞDIR
Azərbaycandakı fəal palçıq vulkanlarından biri- paytaxtın Binəqədi rayonu ərazisindəki Keyrəki palçıq vulkanı yenidən oyanmışdır. AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi laboratoriyasının rəhbəri , geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, püskürmə fevralın 28-də gecə baş vermişdir. Respublika Seysmologiya Xidmətinin seysmik stansiyası saat 00:28 və 00:32 dəqiqədə iki təkan qeydə almışdır. Ötən ilin iyun ayında baş vermiş güclü püskürmə ilə müqayisədə bu dəfəki püskürülmə zəif və alovsuz olmuşdur. Brekçiya 10 metr hündürlüyə qalxaraq, kraterin şərq və qərb yamaclarına tökülmüşdür.
İnstitutun əməkdaşları hadisə yerinə gələrək, bir sıra ölçü işləri aparmış, o cümlədən radiasiya fonunu ölçmüşlər . Radiasiya fonu təbii normada -saatda 10-12 mikrorentgen həddindədir.
Abşeron yarımadasında fəallığına görə Lökbatan palçıq vulkanından sonra ikinci olan Keyrəki palçıq vulkanının ilk püskürməsi 1824-cü ildə qeydə alınmışdır. O vaxtdan bəri 15 püskürmə baş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]
Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ
- 23.10.2026 [18:14]