Kikboksçumuz “Glory” liqasında növbəti döyüşünü keçirəcək
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək. Böyük Britaniyanın Birmingem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, “Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək. Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdür.
Xatırladaq ki, A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]