“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Kim dedi ki, səadətə inanma” şeirinə yazılan yeni mahnının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnının bəstəkarı Gülsüm Eldarovadır.
Təqdimat mərasimi bədii-musiqili proqramla müşayiət olunub.
Tədbir çərçivəsində qiraətçilər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirlərini səsləndirib, musiqi hissəsində isə Eyyub Yaqubovla yanaşı, “Naz qrupu”nun ifaçıları da çıxış ediblər.
Sonra yeni mahnıya çəkilmiş klip ilk dəfə ictimaiyyətə təqdim olunub.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Nicat Haşımov
Videooperator - Namiq Abdullayev