Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kimyaçı-alim: Layihəmiz sənaye tullantılarının dəyərli kimyəvi məhsullara çevrilməsini nəzərdə tutur

Kimyaçı-alim: Layihəmiz sənaye tullantılarının dəyərli kimyəvi məhsullara çevrilməsini nəzərdə tutur

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Elm Fondunun Əsas Qrant Müsabiqəsinin qalibi olan yeni elmi layihə neft-kimya sənayesində piroliz prosesi nəticəsində yaranan maye yan məhsullarının yüksək əlavə dəyərə malik kimyəvi maddələrə çevrilməsini hədəfləyir. Yaşıl kimya və dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan tədqiqat çərçivəsində ekoloji təhlükəsiz heterogen katalitik sistemlər tətbiq olunmaqla yeni nəsil kimyəvi əlavələr sintez edilir. Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Günay Heydərli AZƏRTAC-a müsahibəsində “Ekoloji təhlükəsiz katalitik sistemdə pirolizin yan məhsulları əsasında səmərəli kimyəvi əlavələrin alınması” layihəsinin perspektivlərindən danışıb. Onunla müsahibəni təqdim edirik.

-Əvvəlcə piroliz prosesi və onun ekoloji üstünlükləri barədə məlumat verərdiniz.

-Piroliz yüksək temperaturun təsiri altında üzvi birləşmələrin termiki parçalanma prosesidir. Bu layihədə istifadə olunan xammal məhz Azərbaycanda fəaliyyət göstərən neft-kimya müəssisələrində aşağıoktanlı benzinlərin pirolizi zamanı əsas məhsul kimi etilen və propilen istehsalından sonra əmələ gələn maye yan məhsullar əsasında əldə olunur. Bu məhsullar uzun müddət kifayət qədər səmərəli dəyərləndirilmədiyindən layihəmizin əsas məqsədi onları yüksək əlavə dəyərə malik kimyəvi maddələrin sintezi üçün qiymətli xammala çevirməkdir. Bu məqsədlə əvvəlcə pirolizin yan maye məhsulları əsasında alınmış tsikloolefinlər fenolla alkilləşdirilərək müxtəlif quruluşlu para-tsikloalkilfenollar sintez edilib. Bu proses artıq yarımsənaye qurğusunda tətbiq olunub. Daha sonra həmin para-tsikloalkilfenolların asilləşməsi üçün ənənəvi homogen katalizatorlardan fərqli olaraq tərəfimizdən hazırlanmış ekoloji təhlükəsiz heterogen katalitik sistem tətbiq edilib. Bu yanaşma prosesin daha selektiv, ekoloji cəhətdən təhlükəsiz və sənayedə tətbiqi baxımından daha perspektivli olmasına imkan yaradır. Beləliklə, layihə piroliz prosesində əmələ gələn maye əlavə məhsulların daha səmərəli istifadəsinə, qiymətli karbohidrogenlərin itkisinin qarşısının alınmasına, yerli xammalın dərin emalına və yüksək əlavə dəyərə malik yeni kimyəvi məhsulların əldə edilməsinə xidmət edir. Bu yanaşma yaşıl kimya və dairəvi iqtisadiyyat prinsiplərinə uyğun olmaqla həm ekoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır.

-Layihənizin Azərbaycan Elm Fondunun Əsas Qrant Müsabiqəsində qalib seçilməsini təmin edən əsas üstünlükləri nədən ibarət olub?

-Layihənin əsas üstünlüyü onun həm fundamental elmi, həm də praktik əhəmiyyət daşımasıdır. Layihədə neft-kimya sənayesində yaranan piroliz yan məhsullarının dəyərli kimyəvi məhsullara çevrilməsi nəzərdə tutulur. Bu yanaşma bir tərəfdən ekoloji problemlərin həllinə xidmət edir, digər tərəfdən isə yerli xammal əsasında yüksək əlavə dəyərə malik məhsulların əldə edilməsinə imkan yaradır. Digər mühüm üstünlük ekoloji təhlükəsiz heterogen katalitik sistemlərin tətbiqidir. Layihə yaşıl kimya prinsiplərinə əsaslanır, enerjidən və xammaldan daha səmərəli istifadəni təmin edir, tullantıların miqdarını minimuma endirməyə yönəlib. Bundan əlavə, layihənin nəticələrinin sənaye müəssisələrində tətbiq perspektivinin olması, habrlə əldə ediləcək məhsulların kommersiyalaşdırılma potensialı onun yüksək qiymətləndirilməsində mühüm rol oynayıb.

-Layihənizin elmi yeniliyi nədən ibarətdir və mövcud tədqiqatlardan hansı xüsusiyyətləri ilə fərqlənir?

-Layihənin əsas elmi yeniliyi aşağıoktanlı benzinlərin pirolizi nəticəsində alınan maye yan məhsullarının yüksək əlavə dəyərə malik kimyəvi maddələrin sintezi üçün xammal kimi istifadəsinin elmi əsaslarının yaradılmasıdır. Tədqiqat çərçivəsində ekoloji təhlükəsiz heterogen katalizatorlardan istifadə etməklə yeni alkilfenollar, onların asil törəmələri, sintez edilir. Bu əlavələrin yanacaqlarda, yağlarda, polimerlərdə oksidləşməyə qarşı tətbiq imkanları araşdırılır.

- Hazırda layihə üzrə tədqiqatlar hansı mərhələdədir? Bu günədək hansı ilkin elmi nəticələr əldə edilib?

-Hazırda icra planına uyğun olaraq layihənin VII mərhələsini bitirmişik. Bu günədək piroliz məhsullarından alınan arilalkilfenolların sintezi üçün optimal katalitik şərait müəyyən edilib, müxtəlif heterogen katalizatorların aktivliyi müqayisəli şəkildə öyrənilib. Əldə olunan nəticələr əsasında yeni funksional törəmələr sintez edilib, onların fiziki-kimyəvi və struktur xüsusiyyətləri müasir analiz üsulları ilə tədqiq olunub. Növbəti mərhələdə sintez olunmuş birləşmələrin yanacaqlarda sınağının aparılması planlaşdırılır. Layihə çərçivəsində əldə olunan nəticələr artıq beynəlxalq elmi jurnallarda dərc olunub, beynəlxalq konfranslarda təqdim edilib və bəzi istiqamətlər üzrə patentləşdirilmə işləri aparılır.

-Layihənin nəticələri ətraf mühitin mühafizəsi və yaşıl texnologiyaların inkişafına necə töhfə verəcək?

-Layihənin əsas məqsədlərindən biri sənaye tullantılarının dəyərli kimyəvi məhsullara çevrilməsidir. Bu yanaşma tullantıların ətraf mühitə mənfi təsirini azaltmaqla yanaşı, təbii xammal ehtiyatlarından istifadənin də azalmasına kömək edir. Ekoloji təhlükəsiz katalizatorlardan istifadə olunması əlavə zərərli tullantıların əmələ gəlməsinin qarşısını alır və prosesin daha dayanıqlı həyata keçirilməsinə imkan verir. Eyni zamanda, sintez olunan birləşmələrin ilkin sınaqları göstərir ki, onlar yanacaqların, polimerlərin keyfiyyətini artırır, onların daha uzunmüddətli istifadəsinə və resurslardan daha səmərəli yararlanmağa şərait yaradır. Bu isə yaşıl texnologiyaların və dairəvi iqtisadiyyat prinsiplərinin inkişafına mühüm töhfə verir.

-Layihə çərçivəsində əldə olunacaq kimyəvi əlavələrin neft-kimya sənayesində və digər sahələrdə tətbiqi üçün hansı perspektivlər mövcuddur?

-Layihə çərçivəsində sintez edilən kimyəvi əlavələr polifunksional xassələrə malik olmaqla müxtəlif sahələrdə geniş tətbiqi mümkündür. Bu birləşmələrin, ilk növbədə, neft-kimya sənayesində yağların, yanacaqların, polimer materialların istismar göstəricilərinin yaxşılaşdırılması məqsədilə istifadəsi nəzərdə tutulur. Sintez edilmiş əlavələr oksidləşmə proseslərini ləngidən effektiv antioksidantlar kimi çıxış edərək neft məhsullarının saxlanma müddətinin artırılmasına, keyfiyyət göstəricilərinin qorunmasına və istismar zamanı yaranan arzuolunmaz oksidləşmə məhsullarının əmələ gəlməsinin qarşısının alınmasına imkan verir. Eyni zamanda, bu maddələrin polimer materiallarda stabilizator kimi tətbiqi onların istilik, işıq və oksidləşdirici amillərin təsirinə davamlılığını artıraraq materialların uzunmüddətli istismar xüsusiyyətlərini yaxşılaşdırır. Sintez olunmuş birləşmələrin radiasiya əleyhinə antirad kimi istifadəsi də perspektivli istiqamətlərdən biridir. Bu xüsusiyyətlər onların xüsusi təyinatlı polimer kompozitlərdə, qoruyucu örtüklərdə və yüksək davamlılıq tələb olunan materiallarda tətbiq imkanlarını genişləndirir. Layihə çərçivəsində yerli xammal bazası əsasında əldə edilən bu yeni tip kimyəvi əlavələr həm idxaldan asılılığın azaldılması, həm də yüksək əlavə dəyərə malik məhsulların yaradılması baxımından mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.

Müxbir - Tünzalə Zeyvəliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb