Kir Starmer deputat mandatından imtina edib
London, 1 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer deputat mandatından imtina etdiyini açıqlayıb. O bundan sonrakı fəaliyyətini beynəlxalq məsələlərə yönəldəcəyini qeyd edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Starmerin bu qərarı Londonun Holborn və Sent Pankras seçki dairəsində əlavə seçkilərin keçirilməsinə səbəb olacaq.
Kir Starmer bu ilin yayında Baş nazir vəzifəsindən istefa verib və onu bu postda Endi Börnhem əvəz edib. Sabiq hökumət başçısının istefasından sonra deputat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı bir neçə həftədir müzakirələr aparılırdı.
Baş nazir vəzifəsindən ayrıldıqdan qısa müddət sonra BBC-yə müsahibəsində Starmer növbəti ümumi seçkilərə qədər deputat kimi qalacağını bildirmişdi. Sabiq Baş nazir bundan sonra müdafiə, təhlükəsizlik, ticarət və texnologiya da daxil olmaqla, sürətlə dəyişən dünyada beynəlxalq məsələlərə diqqət yetirəcəyini bildirib. O, həmçinin qadın və qızlara qarşı zorakılıqla mübarizə istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]