Kir Starmer Qəzza Sülh Şurasına qoşulma ehtimalını nəzərdən keçirir
London, 14 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılması planlaşdırılan Qəzza Sülh Şurasına qoşulmaq imkanını nəzərdən keçirir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, yeni qurum Ağ Evin İsrail ilə HƏMAS arasında müharibəyə son qoymaq məqsədi daşıyan 20 maddəlik planının bir hissəsidir. Şuranın Qəzza zolağında müvəqqəti idarəetməni həyata keçirməsi, bərpa prosesinə nəzarət etməsi və tərkibinin müxtəlif ölkələrin liderlərindən ibarət olması gözlənilir. Böyük Britaniya diplomatları hazırda ABŞ Dövlət Departamentindən şuranın səlahiyyətləri və üzvlərinin rolu ilə bağlı daha ətraflı məlumat almağa çalışır. “The Sunday Times” nəşri Kir Starmerin bu quruma qoşulmaq üçün dəvət edildiyini ilk olaraq yazıb.
ABŞ mediasının məlumatına görə, Prezident Tramp şuranın üzvlərinin adlarını bu həftə açıqlaya bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]