Kişi voleybolçulardan ibarət Əlcəzair yığması IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub
Bakı, 21 may, P.Rəhimova, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Əlcəzair yığması IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olub.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında Türkiyə və Əlcəzair komandaları üz-üzə gəliblər.
İlk setdə Türkiyə millisi 25:20 hesabı ilə üstün olsa da, ikinci setdə əlcəzairli voleybolçular hesabı bərabərləşdiriblər - 25:22. Əlcəzair yığması üçüncü seti 25:23 hesabı ilə öz xeyrinə başa vurub. Əzmkarlıq nümayiş etdirən Əlcəzair millisi dördüncü setdən də üstün ayrılıb - 25:18.
Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən Əlcəzair yığması IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatına sahib olub.
Günün ikinci qarşılaşmasında Azərbaycan və İranın kişi voleybol milliləri IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçılarını müəyyənləşdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]