Kişilər arasında stolüstü tennis yarışında Azərbaycan millisi üçüncü olub
Bakı, 21 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında üçüncü yer uğrunda görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda komandamız Səudiyyə Ərəbistanına 3:1 hesabı ilə qalib gəlib.
Yarışların finalında Türkiyə və İran komandaları qızıl medal uğrunda üz-üzə gələcəklər.