İDMAN
Kişilər arasında voleybol yarışları davam edir [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14344729942047341729_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434472994136301245_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344729943182823968_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344729944467942007_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803801429821569_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803803356157384_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434480380590564747_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803803856632225_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434480380369764855_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803802008359047_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803803549165349_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344803805595232891_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
“B” qrupunda Almaniya Slovakiya millisinə 3:0 (25:15, 25:18 və 25:23) hesabı ilə qalib gəlib. Qrupun digər oyununda bolqarıstanlı voleybolçular italiyalı rəqiblərini məğlub ediblər - 3:1 (25:21, 22:25, 34:32 və 25:19).
Hazırda Azərbaycan və Serbiya voleybolçuları qarşılaşırlar. İlk setdə serbiyalılar üstün olublar - 25: 22.
18:41
“A” qrupunda Türkiyə və Polşa milliləri arasında gərgin keçən oyun 2:3 hesabı ilə yekunlaşıb. İlk iki setdə üstün olan Polşa komandası üçüncü və dördüncü setlərdə Türkiyə yığmasına məğlub olub. Lakin sonuncu setdə polşalılar üstünlüyü geri qaytarıblar. Beş setin yekununda Polşa komandası qalib gəlib (20:25, 19:25, 30:28; 25:22, 13:15).
Hazırda “B” qrupunda çıxış edən Almaniya və Slovakiya komandaları qarşılaşır.
11:46
“Baku Crystal Hall”da kişilər arasında voleybol yarışları davam edir. Bu gün altı görüş oynanılacaq. Hazırda “A” qrupunda növbəti oyun Türkiyə və Polşa milliləri arasında keçirilir.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda çıxış edən Azərbaycan millisi Serbiya ilə qarşılaşacaq. Bu qrupun digər görüşündə Fransa voleybolçuları Finlandiya komandasına 3:0 hesabı ilə qalib gəliblər (26:24; 25:23; 25:23).
“B” qrupunun ilk oyununda isə Rusiya Belçikanı məğlub edib: 3:0 (25:18; 25:18; 25:23). Qrupda növbəti oyunlar Almaniya-Slovakiya, İtaliya-Bolqarıstan komandaları arasında olacaq.