Kişilərdə beyin qocalması qadınlardan daha sürətlidir - ARAŞDIRMA
Bakı, 21 oktyabr, AZƏRTAC
Yeni bir araşdırma göstərib ki, kişilərin beyni yaşlandıqca qadınlara nisbətən daha çox kiçilir. Bu nəticə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan genişmiqyaslı tədqiqatdan əldə olunub.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda 17-95 yaş aralığında olan 4726 sağlam insanın ümumilikdə 12 min 638 beyin MRT-si təhlil edilib. Nəticələr göstərib ki, kişilərdə beynin bir çox hissəsində kortikal qalınlıq və səth sahəsi yaşla birlikdə azalır, subkortikal strukturlarda da zəifləmə müşahidə olunur. Qadınlarda isə bu azalma daha məhdud bölgələrdə baş verir, lakin yaşlı qadınlarda beyin mədəciklərinin genişlənməsi daha çoxdur. Bu tapıntılar göstərir ki, qadınlarda Altsheymer xəstəliyinin daha çox görülməsi təkcə beyin atrofiyası ilə izah edilə bilməz. Alimlər hesab edirlər ki, bu fərqlərə genetik amillər (xüsusilə APOE ε4 alleli), hormonal dəyişikliklər və sosial-mədəni təsirlər də təsir edə bilər.
Tədqiqat, həmçinin qeyd edir ki, ömür uzunluğu və təhsil səviyyəsi kimi amillər nəticələrə təsir edə bilər. Araşdırma Altsheymer xəstəliyinin səbəblərini daha yaxşı anlamaq üçün gələcək tədqiqatlara zəmin yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]