Kitabxana əməkdaşları Milli Dirçəliş Günü ilə bağlı orta məktəbdə tədbir təşkil edib
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Tədbirdə kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova çıxış edərək bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldılması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bunu bütün dünyaya nümayiş etdirib.
Məktəbin müəllimi Vəfa Yusifova qeyd edib ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən Milli Dirçəliş Günü kimi bayram edilir. O, bu tarixi gün haqqında ətraflı məlumatı məktəblilərə çatdırıb.