ELM VƏ TƏHSİL
Kitabxanada “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/17067970232845054825_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706797023372842127_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067970233718319348_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067970231921725106_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170679702319741198_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar RETK-nın “Nadir kitablar” fondu ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib. Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin yüksək intellektə malik, savadlı, istedadlı, cəsur və qəhrəman gənclərin yetişməsində böyük rol oynadığını söyləyib. Bildirib ki, 44 günlük Vətən müharibəsində gənc əsgər və zabitlərimizin şücaəti, torpaqlarımızın uzun müddət davam edən işğalına son qoyulması buna bariz nümunədir.
Sonra RETK-nın əməkdaşı Leyla İsazadə “İlham Əliyev və gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq idman yarışlarında qələbələr əldə etməsi buna əyani sübutdur.
Sonda tədbirdə “Qalib sərkərdə-qəhrəman gənclik” adlı videomaterial nümayiş etdirilib.