KİYEVDƏ GUÖAM ÇƏRÇİVƏSİNDƏ İQTİSADİYYAT VƏ TİCARƏT MƏSƏLƏLƏRİNƏ DAİR İCLAS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, avqustun 4-də Ukraynanın İqtisadiyyat və Avropa İnteqrasiyası Məsələləri Nazirliyində müştərək sahə işçi qrupunun GUÖAM çərçivəsində iqtisadiyyat və ticarət məsələlərinə dair iclası keçirilmişdir.
İclasda Azərbaycanı xarici işlər, iqtisadi inkişaf nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və ölkəmizin Ukraynadakı səfirliyinin nümayəndələri təmsil etmişlər.
İclasda GUÖAM ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığı, müqavilə-hüquqi bazanın daha da dərinləşdirilməsi, təşkilata üzv dövlətlərin iqtisadi forumunun keçirilməsi məsələləri və digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]