Kiyevə hava hücumu zamanı yaşayış binası çöküb AZƏRTAC-ın REPORTAJI VİDEO
Kiyev, 2 iyul, AZƏRTAC
Rusiya ordusunun Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 30-a yaxın yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Darnitski rayonunda yerləşən 9 mərtəbəli binada baş verib.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 13 nəfər həlak olub, 90-dan artıq sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 3-də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.
Rusiya ordusunun şəhərə hava hücumu zamanı ümumilikdə 70-dən artıq müxtəlif tipli raket və 500-ə yaxın drondan istifadə etdiyi bildirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev