AZPROMO: Azərbaycan ixracatçıları payızda logistika sahəsində dövlət dəstəyindən yararlanacaqlar
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan ixracatçıları bu ilin payızında logistika sahəsində dövlət dəstəyindən yararlanacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev iyulun 2-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) biznes-forumunda deyib.
“Yeni xarici bazarlara məhsul ixrac edən sahibkarların logistika xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması və ya subsidiyalaşdırılması nəzərdə tutulur. Bu mexanizmi qeyri-neft-qaz sektorunda çalışan ixracatçılar üçün mühüm və güclü dəstək vasitəsi hesab edirik. Logistika xərclərinin qismən kompensasiya olunması sahibkarların yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər”, - deyə Yusif Abdullayev əlavə edib.
Fotoqraf - Azər İbrahimov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]