® “Rabitəbank”dan 33 illiyinə özəl “30+3” lombard kampaniyası
“Rabitəbank” fəaliyyətinin 33 illiyini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank bu münasibətlə təqdim etdiyi "30+3" lombard kampaniyası çərçivəsində lombard krediti üzrə komissiya haqqına 30 faizədək, kredit faizinə isə 3 faizədək endirim imkanı yaradır.
"30+3" kampaniyası qızıl-zinət əşyalarını girov qoyaraq sürətli maliyyə vəsaiti əldə etmək istəyən müştərilər üçün daha sərfəli kredit şərtləri təqdim edir. Kampaniya çərçivəsində tətbiq olunan endirimlər kreditdən daha əlverişli şərtlərlə yararlanmağa imkan verir.
Bu kampaniya 29 iyun – 31 iyul 2026-cı il tarixlərində qüvvədə olacaq. Müştərilər kampaniya müddətində 70 min manatadək məbləğdə və 48 ayadək müddətə lombard krediti əldə edə bilərlər. Bu zaman komissiya haqqına 30 faizədək, kredit faizinə isə 3 faizədək endirim tətbiq olunur.
Ətraflı məlumat və kampaniyadan faydalanmaq üçün linkə keçid edə bilərsiniz.
33 illik fəaliyyətini qeyd edən “Rabitəbank” müştərilərinin maliyyə ehtiyaclarına uyğun innovativ və sərfəli həllər təqdim etməyə davam edir. Bu münasibətlə həyata keçirilən kampaniyalar bankın müştəriyönümlü yanaşmasının və uzunmüddətli etibarlı tərəfdaşlıq prinsipinin növbəti nümunəsidir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.