Yusif Abdullayev: Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını təmin edir
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çox yaxşı münasibətləri var. Müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Xəzər regionundakı dövlətlərin yaxşı münasibətləri Orta Dəhlizin inkişafına çox yaxşı imkanlar yaradır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda keçirilən biznes-forumunda deyib.
O bildirib ki, Azərbaycanın Qazaxıstanla bir sıra birgə layihələri var və bunlar da Orta Dəhlizin inkişafına xidmət edir. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün qapıdır və qarşılıqlı faydalı əməkdaşlıqlar sayəsində Orta Dəhlizin fəaliyyəti ildən ilə genişlənir. Azərbaycanın iş adamları və biznes qurumları da Mərkəzi Asiya respublikalarında fəaliyyət göstərirlər. Münasibətlərin yüksələn xətlə inkişafı Orta Dəhlizin fəaliyyətini daha da artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [12:21]
® “Rabitəbank”dan 33 illiyinə özəl “30+3” lombard kampaniyası
- 02.07.2026 [12:02]
Bakının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq
- 02.07.2026 [11:41]