Dünya çempionatında 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək
Bakı, 2 iyul, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha üç görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında İspaniya millisi Avstriya yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İyulun 3-nə keçən gecə isə saat 03:00-da Portuqaliya və Xorvatiya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Günün son matçında İsveçrə millisi Əlcəzair seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Bu oyunlardan sonra dünya çempionatının 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]