AzTU qlobal istiləşmə üzrə 14-cü beynəlxalq konfransa ev sahibliyi edəcək
Bakı, 2 iyul, AZƏRTAC
Sentyabrın 2-dən 4-dək Azərbaycan Texniki Universitetində (AzTU) 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfrans (GCGW-2026) keçiriləcək.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, konfrans qlobal istiləşmə, iqlim dəyişiklikləri, enerji, ətraf mühit və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən alimləri, tədqiqatçıları və mütəxəssisləri bir araya gətirəcək.
Multidisiplinar beynəlxalq elmi platforma olan GCGW-2026 qlobal istiləşmənin təsirləri, bərpaolunan enerji, hidrogen texnologiyaları, enerji siyasəti, karbon emissiyalarının azaldılması, enerji səmərəliliyi, ekosistemlərin qorunması, süni intellektin enerji sektorunda tətbiqi və digər aktual istiqamətlər üzrə elmi müzakirələrin aparılmasına imkan yaradacaq.
Konfransa qəbul edilərək təqdim olunan məqalələr konfrans materiallarında dərc olunacaq. Seçilmiş yüksəkkeyfiyyətli elmi işlərin genişləndirilmiş versiyalarının isə beynəlxalq elmi jurnalların xüsusi buraxılışlarında nəşri nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]