Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Milli Kitabxanası və “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” nəşri Bakı Dövlət Universiteti və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə hazırlanıb.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - İlqar Cəfərov
Videooperator - İlham Nadirov