Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəxsi inkişaf və rifah xidmətlərinin mahiyyəti: Digər fəaliyyət sahələrindən fərqləndirən əsas xüsusiyyətlər

Şəxsi inkişaf və rifah xidmətlərinin mahiyyəti: Digər fəaliyyət sahələrindən fərqləndirən əsas xüsusiyyətlər

Bakı, 2 iyul, AZƏRTAC

Şəxsi və mənəvi inkişaf istiqamətində göstərilən xidmətlər son illər dünyanın müxtəlif ölkələrində geniş yayılsa da, onların mahiyyəti bəzən digər peşə və xidmət sahələri ilə qarışdırılır. Xüsusilə tibbi xidmətlər, psixoloji yardım, psixoterapiya, təhsil və konsultasiya fəaliyyəti ilə bu istiqamətin sərhədlərinin düzgün müəyyənləşdirilməsi həm xidmət göstərən mütəxəssislər, həm də xidmət alan şəxslər üçün mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq praktikada şəxsi inkişaf və rifah xidmətləri əsasən insanın öyrənməsi, fərdi inkişafı və həyat bacarıqlarının gücləndirilməsinə yönələn fəaliyyətlər kimi qiymətləndirilir. Bu xidmətlərin məqsədi xəstəliklərin diaqnostikası və ya müalicəsi deyil, insanların şəxsi potensialını inkişaf etdirməsinə, özünü daha yaxşı tanımasına və həyat keyfiyyətini yüksəltməsinə dəstək göstərməkdir.

Bu fikirlər şəxsi inkişaf və insan potensialı üzrə mütəxəssis (kouç) İlahə Allahverdiyevanın yazısında yer alıb.

AZƏRTAC yazını təqdim edir.

Tibbi xidmətlərdən fərqi

Tibbi xidmətlərin əsas məqsədi xəstəliklərin qarşısının alınması, diaqnostikası, müalicəsi və reabilitasiyasıdır. Bu fəaliyyət yalnız müvafiq tibb təhsili almış və qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən mütəxəssislər tərəfindən həyata keçirilir.

Şəxsi inkişaf və rifah xidmətləri isə tibbi müdaxilə xarakteri daşımır. Bu istiqamətdə keçirilən təlimlər, seminarlar, mentorluq proqramları və inkişafyönümlü konsultasiyalar insanların həyat bacarıqlarının, fərqindəliyinin və şəxsi inkişafının dəstəklənməsinə yönəlir. Burada məqsəd hər hansı xəstəliyin müalicəsi və ya tibbi nəticənin əldə olunması deyil.

Psixoterapiyadan fərqi

Psixoterapiya psixi sağlamlıq sahəsinə aid peşəkar fəaliyyət istiqamətidir və müxtəlif elmi metodlardan istifadə etməklə psixoloji pozuntuların və digər klinik vəziyyətlərin aradan qaldırılmasına və ya yüngülləşdirilməsinə yönəlir.

Şəxsi inkişaf proqramları isə klinik və ya terapevtik müdaxilə məqsədi daşımır. Onların əsas istiqaməti öyrənmə, şəxsi potensialın inkişaf etdirilməsi, məqsədlərin müəyyənləşdirilməsi, ünsiyyət bacarıqlarının gücləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və həyat keyfiyyətinin artırılmasıdır. Başqa sözlə, bu fəaliyyət sahəsinin mərkəzində müalicə deyil, inkişaf dayanır.

Psixoloji diaqnostikadan fərqi

Psixoloji diaqnostika elmi əsaslandırılmış metod və testlər vasitəsilə insanın psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsini nəzərdə tutur. Bu fəaliyyət xüsusi peşə hazırlığı, metodik standartlar və etik normalar çərçivəsində həyata keçirilir.

Şəxsi inkişaf xidmətləri isə diaqnoz qoymaq, psixoloji vəziyyəti qiymətləndirmək və ya psixoloji rəy vermək məqsədi daşımır. Burada əsas diqqət insanın özünü tanımasına, inkişaf məqsədlərinin müəyyənləşdirilməsinə və öyrənmə prosesinin dəstəklənməsinə yönəldilir.

Təhsil və ömür boyu öyrənmə ilə əlaqəsi

Şəxsi inkişaf proqramlarının mühüm xüsusiyyətlərindən biri onların ömür boyu öyrənmə konsepsiyası ilə sıx əlaqədə olmasıdır. Müasir dövrdə təhsil yalnız məktəb və universitetlə məhdudlaşmır, insanlar əmək fəaliyyəti dövründə də yeni bilik və bacarıqlar əldə edir, müxtəlif inkişaf proqramlarında iştirak edir və öz kompetensiyalarını daim yeniləyirlər.

Bu baxımdan şəxsi inkişaf təlimləri, seminarlar, mentorluq proqramları və fərqindəlik üzrə tədris fəaliyyətləri formal təhsili əvəz etmir, ona dəstək verən qeyri-formal öyrənmə imkanları kimi çıxış edir.

Mentorluq, fasilitasiya və konsultasiya

Beynəlxalq praktikada şəxsi inkişaf sahəsində istifadə olunan əsas fəaliyyət formalarından biri mentorluqdur. Mentorluq daha çox şəxsin məqsədlərinin müəyyənləşdirilməsinə, təcrübə mübadiləsinə, qərarvermə bacarıqlarının inkişafına və fərdi inkişaf prosesinin dəstəklənməsinə yönəlir.

Fasilitasiya isə qrup müzakirələrinin və öyrənmə prosesinin daha səmərəli təşkil edilməsini təmin edən peşəkar yanaşmadır. Fasilitator hazır cavablar təqdim etmir, iştirakçıların öz düşüncələrini ifadə etməsinə, qarşılıqlı öyrənməsinə və birgə nəticəyə gəlməsinə şərait yaradır.

Konsultasiya xidmətləri də bu sahədə əsasən inkişafyönümlü xarakter daşıyır və insanların məqsədlərinin müəyyənləşdirilməsi, şəxsi inkişaf planlarının hazırlanması, həyat bacarıqlarının gücləndirilməsi və fərdi inkişaf prosesinin təşkilinə dəstək göstərir.

Peşəkar və etik məsuliyyət

Şəxsi inkişaf və rifah xidmətlərinin geniş yayılması bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün peşəkar və etik məsuliyyət məsələsini də aktuallaşdırır. Beynəlxalq praktikada bu istiqamətdə çalışan mütəxəssislərdən fəaliyyətlərinin sərhədlərini aydın müəyyənləşdirmələri, öz səlahiyyətlərini aşmamaları və ehtiyac yarandıqda şəxsləri müvafiq tibb, psixologiya və ya digər ixtisaslaşmış xidmətlərə yönləndirmələri gözlənilir. Bu yanaşma həm xidmət alan şəxslərin peşəkar xidmətlə təmin edilməsinə, həm də müxtəlif peşə sahələri arasında sağlam əməkdaşlığın formalaşmasına xidmət edir.

İnkişafyönümlü xidmətlərin ümumi mahiyyəti

Beynəlxalq təcrübə göstərir ki, şəxsi inkişaf və rifah xidmətləri insanın öyrənməsi, özünü tanıması, fərdi potensialının inkişaf etdirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində formalaşan müstəqil fəaliyyət sahəsidir. Onların əsas fərqləndirici xüsusiyyəti xəstəliklərin diaqnostikası və ya müalicəsinə deyil, insanın inkişaf imkanlarının genişləndirilməsinə yönəlməsidir.

Məhz bu xüsusiyyət həmin fəaliyyətlərin müasir xidmət iqtisadiyyatında özünəməxsus yer tutmasına, müxtəlif peşə istiqamətləri ilə qarşılıqlı əlaqədə olsa da, öz məqsədi, metodları və tətbiq sahələri baxımından ayrıca inkişaf etməsinə şərait yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib