Türkiyə millisinin sabiq futbolçusu: Montellanın etdiyi dəyişikliklər səhv idi – EKSKLÜZİV
Bakı, 2 iyul, AZƏRTAC
“Vinçentso Montellanın dünya çempionatı zamanı etdiyi dəyişikliklər səhv idi”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Fatih Sonkaya ölkəsinin DÇ-2026-nın qrup mərhələsində mübarizəni dayandırması ilə bağlı danışarkən deyib.
“Vinçentso Montellanın yerində olsaydım, istefa verərdim. Dünya çempionatında uğursuz oldunsa, getməlisən. Bunun başqa adı yoxdur”.
O, Türkiyə millisinə yerli baş məşqçi təyin edilməsinin tərəfdarı olduğunu söyləyib: “Türkiyə millisi 2002-ci ildəki dünya çempionatında Şenol Günəşlə üçüncü oldu. Fatih Terim 2008-ci ildə Avropa çempionatında yarımfinaladək irəlilədi. Bu uğurların hamısı yerli məşqçilərin hesabına başa gəlib”, - deyə F. Sonkaya qeyd edib.
Veteran müdafiəçi dünya çempionatındakı favoritini də açıqlayıb: “Hazırkı durumda Fransa millisi kuboku qazanmağa daha yaxın görünür. Onların çox yaxşı heyəti var. Azarkeşlik etdiyim yığma Portuqaliya olsa da, düşünmürəm ki, dünya çempionu olsunlar”.
Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsini 3 xalla sonuncu – dördüncü yerdə başa vurub.
Xatırladaq ki, Portuqaliyada “Portu” komandasının da formasını geyinmiş Fatih Sonkaya yığmanın heyətində 6 matçda meydana çıxıb.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [13:22]
Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi
- 02.07.2026 [12:43]
“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru bəlli olub
- 02.07.2026 [12:41]
Türk nazir müavini: Azərbaycan təmiz idman sahəsində mühüm tərəfdaşdır
- 02.07.2026 [12:35]
Rusiyanın idman naziri: Azərbaycanla əməkdaşlığımız möhkəmlənir
- 02.07.2026 [12:27]
Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq
- 02.07.2026 [11:58]