Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: Şərqdən Qərbə uzanan musiqi körpüsü - Sami Yusufun sənət yolu

Qivami Rəhimli: Şərqdən Qərbə uzanan musiqi körpüsü - Sami Yusufun sənət yolu

Bakı, 2 iyul, AZƏRTAC

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetində “Çoxtərəfli və regional diplomatiya”, “Beynəlxalq təşkilatlar” proqramlarını tədris edən Qivami Rəhimli Londonda yaşayan, yeni qlobal musiqi janrının formalaşmasında aparıcı rol oynayan dünyaşöhrətli musiqiçi Sami Yusufun həyat və yaradıcılığının bəzi məqamlarını əks etdirən məqalə hazırlayıb.

AZƏRTAC Sami Yusufla dostluq münasibətləri olan Qivami Rəhimlinin qələmə aldığı yazını oxuculara təqdim edir.

Sami Yusuf - azərbaycanəsilli britaniyalı müğənni, bəstəkar, müxtəlif musiqi alətlərində ifaçılığı bacaran, sufi, xalq və dünya musiqi ənənələrini Qərb orkestri ilə sintez etməklə məşhurlaşan sənətkardır.

Bu gün Sami Yusuf dövrümüzün ən nüfuzlu və geniş auditoriyaya malik musiqiçilərindən biri kimi tanınır. Onun yaradıcılığı BBC, CNN, ABC, “France 24”, eləcə də Yaxın Şərq və Asiyanın aparıcı media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb. “BBC Newsnight” Sami Yusufu “meqa ulduz” adlandırıb, “The Guardian” onu “Yaxın Şərqin ən böyük ulduzuna çevrilmiş britaniyalı sənətçi” kimi təqdim edib.

Bunu rəqəmlər də aydın şəkildə təsdiqləyir: 45 milyondan artıq albom satışı, 1 milyardı ötən dinlənmə və yüklənmə göstəriciləri, eləcə də “Wembley Arena”, “Royal Albert Hall”, Los-Ancelesdəki “Shrine Auditorium” və Paris Filarmoniyası kimi dünyanın nüfuzlu səhnələrində keçirilən anşlaq konsertlər. Sami Yusufun İstanbulda açıq havada 250 min tamaşaçı qarşısında çıxışı isə musiqi tarixinin ən möhtəşəm canlı konsert tədbirlərindən biri hesab olunur.

Onun ifasında səslənən məşhur “Supplication” (Dua) kompozisiyası “Qızıl Qlobus” mükafatına namizəd göstərilən “The Kite Runner” (Çərpələng uçuran) filminin saundtrekinə daxil edilib. Sami Yusuf, həmçinin əfsanəvi aktyor Omar Şərifin rol aldığı və beynəlxalq mükafatlara layiq görülən “1001 Inventions” (1001 ixtira) filmi üçün musiqi bəstələyib.

BMT-nin xoşməramlı səfiri olan Sami Yusufun yaradıcılığı əsasən mənəvi və humanitar mövzulara həsr olunub. Onun musiqisi sülh, birlik və mədəni harmoniya ideyalarını təbliğ etməklə yanaşı, dünyanın müxtəlif böhran bölgələrində yaşayan insanların üzləşdiyi problemlərə diqqət çəkməyə və humanitar dəyərləri təşviq etməyə xidmət edir.

Sami Yusufun yaradıcılığı Azərbaycan, Əndəlüs, Ərəb dünyası, Şimali Afrika, Mərkəzi Asiya və Çin kimi qədim mədəniyyətlərin minillik musiqi ənənələrindən qidalanan zəngin bir sənət dünyasını özündə ehtiva edir. Onun müxtəlif dillərdə ifa etdiyi mahnılardakı hər bir not, hər bir melodiya və incə musiqi çaları dinləyicinin qəlbinə və ruhunun ən dərin qatlarına yol tapır.

Sami Yusufun ailə kökləri Bakıya bağlıdır. Onun baba və nənələri Bakıdan Təbrizə köçüb, özü isə Tehranda dünyaya göz açıb. Üç yaşında olarkən Sami Yusufun ailəsi Böyük Britaniyaya mühacirət edib. Londonda böyüyən sənətçi gənc yaşlarından müxtəlif musiqi alətlərində ifa etməyi mənimsəyib, daha sonra isə musiqi təhsilini Londonun nüfuzlu RADA məktəbində davam etdirib.

Onun ilk müəllimi olan atası Samiyə Yaxın Şərqə məxsus bir sıra ənənəvi musiqi alətlərində ifa etməyi öyrədib, eyni zamanda, onu Şərq musiqisinin zəngin melodik çalarları ilə tanış edib. Azərbaycan musiqi irsini, klassik ərəb və Orta Asiya melodik ənənələrinin incəliklərini mənimsəyən Sami Yusuf, yeniyetmə yaşlarında Qərb klassik musiqisini dərindən yiyələnərək fortepiano və skripka ifasında da peşəkar səviyyəyə çatıb.

O, həmçinin Kral Musiqi Akademiyası ənənələrinə bağlı görkəmli bəstəkarların yaradıcılığını da dərindən öyrənib.

2018-ci ilin sentyabrında Bakıda keçirilən Birinci Nəsimi Festivalı çərçivəsində Sami Yusufla görüşmək və Azərbaycanın zəngin mədəni irsini dünyada tanıdılması istiqamətində gələcək planları müzakirə etmək imkanı mənim üçün unudulmaz bir xatirə oldu.

Biz dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin bacısı Pəri xanımın evində görüşdük. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən XV əsrə aid Şirvanşahlar Sarayı və görkəmli mütəfəkkir Seyyid Yəhya Bakuvinin məqbərəsinə bitişik olan bu ev qədim Bakının xüsusi ruhunu yaşadır.

Evdən Bakının valehedici mənzərəsi açılır. Həmin axşam Pəri xanımın evində Sami Yusuf əcdadlarının vətəni ilə gələcək əməkdaşlıq imkanlarından ilhamla danışırdı. Məqsəd Şərqdən Qərbə uzanan zəngin ənənələrdən bəhrələnən, Azərbaycanın musiqi və incəsənət irsini beynəlxalq miqyasda daha geniş tanıdan yaradıcı layihələrə töhfə vermək idi.

Sami Yusufun Nəsimi Festivalının iştirakçıları sırasında olması heç də təsadüfi deyil. Bu seçim dərin mənəvi və fəlsəfi bağlılıqdan qaynaqlanıb. Həm Nəsiminin poeziyası, həm də Sami Yusufun musiqisi ilahi eşq ideyasını tərənnüm edir. Sami Yusufun mahnılarının sözləri də İslam poeziyasının böyük mütəfəkkirlərinin irsindən qaynaqlanır.

Heydər Əliyev Mərkəzində keçirilən Nəsimi Festivalındakı çıxışı zamanı Sami Yusuf deyib: “...Mən buraya İmadəddin Nəsiminin irsinə ehtiramımı ifadə etmək üçün gəlmişəm. Nəsimi ilə eyni köklərə, dil və mədəniyyətə malik olmaq mənim üçün böyük qürur və şərəfdir. Onun irsi artıq çoxdan bu xalqın sərhədlərini aşaraq bəşəri dəyərə çevrilib. Bu böyük mütəfəkkirin sözləri bu gün yalnız Azərbaycanda deyil, İslam dünyasının müxtəlif guşələrində, eləcə də sufi poeziyasının dərin mənalarını duyan insanların qəlbində yaşayır”.

Nəsimi bu gün yalnız Azərbaycan dilində yazan böyük şairlərdən biri kimi deyil, həm də bu dili insanın ilahi həqiqətə qovuşmaq arzusunu ifadə edən qüdrətli poetik vasitəyə çevirdiyi üçün xatırlanır. Onun mistik poeziyası əsrlər boyu həqiqət və mənəvi kamillik axtarışında olan insanlara işıq tutub. Sami Yusufun da vurğuladığı kimi, Nəsiminin mənəviyyat, sevgi və tolerantlıq çağırışı bu gün dünyanın daha çox ehtiyac duyduğu dəyərlər sırasındadır.

Nəsiminin poeziyası kimi, Sami Yusufun musiqisi də milyonlarla insan üçün ilham və mənəvi rahatlıq mənbəyinə çevrilib. “Hasbi Rabbi”, “Ilahana”, “Mast Qalandar”, “Nəsimi”, “Aşeqan”, “Sarı gəlin” kimi əsərlərini dinləyərkən onun musiqisinin insan qəlbinin ən incə tellərinə toxunduğunu hiss edirsən. Onun musiqisi insanı sanki nurla dolu mənəvi bir aləmə aparır - ruhu saflaşdıran, daxili harmoniya bəxş edən və insanı daha gözəl, daha mənalı bir dünya qurmağa ruhlandıran xüsusi bir enerji verir.

Bütün bunlarla yanaşı, Qarabağ müharibəsi veteranı kimi məni ən çox riqqətə gətirən məqamlardan biri Sami Yusufun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi vətənpərvərlik mövqeyi idi. Əcdadları ilə qürur duyan, tarixi vətəninə dərin sevgi bəsləyən Sami Yusuf müharibənin ilk günlərindən özünü bu torpağın övladı kimi göstərərək “Qarabağ Azərbaycandır” həştəqini sosial şəbəkələrdə paylaşıb və milyonlarla izləyicisinə Azərbaycanın haqq səsini çatdırıb.

Onun bu çağırışı sosial mediada böyük rezonans doğurub, dünyanın müxtəlif ölkələrində yaşayan insanlar tərəfindən geniş dəstək qazanıb. Beynəlxalq nüfuza malik sənətçi kimi Sami Yusuf Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm mənəvi və informasiya dəstəyi göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO