Klaudiya Şeynbaum: Meksika heç bir tabeçilik formasını qəbul etməyəcək
Bakı, 14 yanvar, AZƏRTAC
Meksika heç bir tabeçilik formasını qəbul etməyəcək, bərabərlik və suverenliyə əsaslanan xarici siyasət kursunu davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında deyib. O, Meksikanın ABŞ da daxil olmaqla, digər ölkələrə hər hansı tabeçiliyi rədd etdiyini bildirib.
“Meksika və ABŞ təhlükəsizlik məsələləri üzrə fəaliyyətlərini əlaqələndirir və bu sahədə əməkdaşlığı davam etdirir”, - deyə dövlət başçısı xatırladıb.
ABŞ-Meksika-Kanada ticarət sazişi ilə bağlı məsələyə münasibət bildirən Klaudiya Şeynbaum bunun ölkəyə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Meksika Prezidenti Klaudiya Şeynbaum yanvarın 12-də ABŞ lideri Donald Trampla telefonla danışıb. Telefon danışığı ticarət, təhlükəsizlik və narkotik vasitələrin qaçaqmalçılığı sahəsində artan gərginlik fonunda baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]